Vəzifə funksiyaları:
- Təşkilatın fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin hazırlamaq;
- Struktur vahidlərini təşkilat daxili qayda və əsasnamələrin hazırlanması üçün normativ sənədlərlə təmin etmək, hazırlanmış təşkilatdaxili normativ sənədlərin qanuniliyinin yoxlamaq və rəy vermək;
- Hüquqi sənədlərin işlənib hazırlanmasında, cavabların hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəylər hazırlamaq;
- Sənədlərin hazırlanması, hüquqi məsələlərin həlli və digər əlaqəli işlərlə bağlı rəhbərin göstərişlərini yerinə yetirmək;
- Müqavilə işinin aparılması tənzimlənməsində iştirak etmək, prosesin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atmaq;
- Müqavilə bağlanılmasına aid zəruri görüş və danışıqlarda iştirak etmək;
- Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq tədbirləri görmək;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatları hazırlamaq.
Vəzifəyə olan tələblər:
- Ali hüquq təhsili olmalı.
- Korporativ hüquq sahəsi üzrə ən az 2 (iki) il iş təcrübəsinə malik olmalı.
- Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı.
- Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı.
- Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı.
- Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı.
- Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli.
Əlavə məlumat:
- İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək Haqqı: 800-1000 azn net
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Korporativ hüquqşunas” yazaraq Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərlər.