Memar (Sahə üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Memar (Sahə üzrə)

  • Deadline 15 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Layihənin memarlıq və dizayn həllərinin sahədə düzgün icrasına nəzarət etmək;
  • Təsdiq edilmiş layihə, işçi çertyojlar, material spesifikasiyaları və dizayn tələblərinə uyğunluğu yoxlamaq;
  • Memarlıq işləri üzrə gündəlik icra vəziyyətini sahədə yoxlamaq və qiymətləndirmək;
  • Döşəmə, divar, tavan, üzləmə, fasad, qapı, arakəsmə və digər memarlıq işlərinin layihəyə uyğun icrasına nəzarət etmək;
  • İcra zamanı layihə və faktiki vəziyyət arasında yaranan uyğunsuzluqları müəyyən etmək və aidiyyəti şəxslərə bildirmək;
  • Podratçı və subpodratçıların memarlıq işlərinin keyfiyyətinə və icra ardıcıllığına nəzarət etmək;
  • İstifadə olunan materialların təsdiq edilmiş nümunə, spesifikasiya və dizayn tələblərinə uyğunluğunu yoxlamaq;
  • Material nümunələrinin, mock-up-ların və rəng/tekstura seçimlərinin təsdiq edilmiş dizayna uyğunluğunu nəzarətdə saxlamaq;
  • Sahədə ölçülərin və memarlıq elementlərinin layihə sənədlərinə uyğunluğunu yoxlamaq;
  • Memarlıq işləri üzrə görülmüş işlərin qəbulunda iştirak etmək və aşkar edilmiş qüsurların aradan qaldırılmasını izləmək;
  • Dizayner, layihəçi, texniki nəzarət, mühəndislər və podratçılarla koordinasiyalı işləmək;
  • Layihədə memarlıq üzrə dəyişikliklərin və sahədə verilmiş göstərişlərin qeydiyyatını aparmaq;
  • Memarlıq işləri üzrə gündəlik və həftəlik hesabatların hazırlanmasında iştirak etmək;
  • Sahədə işlərin layihə qrafikinə uyğun icra olunmasını izləmək və gecikmələr barədə rəhbərliyə məlumat vermək;
  • Təhvil-təslim zamanı memarlıq işlərinin yoxlanılmasında və snag/punch list-lərin hazırlanmasında iştirak etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik və sahə qaydalarına riayət etmək.

Tələblər:

  • Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi : Tikinti sahəsində sahə memarı kimi ən azı 2-3 il iş təcrübəsi;
  • Memarlıq materialları və onların tətbiq texnologiyaları barədə bilik;
  • Layihə və faktiki icra arasındakı uyğunsuzluqları müəyyən etmək bacarığı;
  • Layihə sənədlərindəki memarlıq rəsmlərini, detallarını, kəsik və fasad görünüşlərini dəqiqliklə və peşəkarlıqla təhlil edib oxuma bacarığı.
  • AutoCAD, Revit, SketchUp və ya digər memarlıq proqramlarında proqramlarında işləmə bacarığı
  • Podratçı və digər layihə iştirakçıları ilə koordinasiya və ünsiyyət bacarığı;
  • Sahələrdə yerində həll qabiliyyəti və bacarığı;
  • Komanda ilə işləmə, məsuliyyət və diqqətlilik.

Əlavə məlumat:

  • İş qrafiki: 6 gün
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı: 2200-2500 AZN net
  • İş yeri - Bakıxanov qəs.Mahir Əmirov küç

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Memar” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily125
  • Weekly566
  • Monthly1414