Müqavilələr üzrə mütəxəssis (kommersiya şöbəsi)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Müqavilələr üzrə mütəxəssis (kommersiya şöbəsi)

  • Истекает 15 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Təsdiqlənmiş şablonlar əsasında müqavilə layihələrinin ilkin variantlarını hazırlamaq.
  • Müqavilə əlavələrini (BOQ, qrafik, spesifikasiyalar, təminat formaları) toplamaq və onların müqavilə mətni ilə uyğunluğunu yoxlamaq.
  • Tender dövründə müqavilə ilə bağlı sorğuların və cavabların qeydiyyatını aparmaq.
  • Təyin olunmuş layihələr üzrə Müqavilə Reyestrini yeniləmək.
  • Bildiriş müddətlərini, təminatların və sığortaların bitmə tarixlərini, müqavilə mərhələlərini izləmək və vaxtında xəbərdarlıq etmək.
  • Rəsmi müqavilə yazışmalarının (bildirişlər, cavablar) layihələrini hazırlamaq.
  • Müqavilə ilə bağlı görüşlərin protokollarını hazırlamaq və qərarların icrasını izləmək.
  • Layihə komandasından dəyişikliklərə dair məlumat və dəstəkləyici sənədləri toplamaq.
  • VO sənədlərinin layihələrini hazırlamaq və Lead Contract Specialist-ə təqdim etmək.
  • Variation Log-u təyin olunmuş layihələr üzrə yeniləmək və VO-ların təsdiq statusunu izləmək.
  • IPC-lərdə müqavilə şərtlərinin (VO-lar, avansın geri tutulması, retention, tutulmalar) düzgün tətbiqinin ilkin yoxlamasını aparmaq.
  • Final hesablaşma üçün sənədləri toplamaq və sistemləşdirmək.
  • Müqavilə sənədlərinin arxivləşdirilməsini Sənəd Nəzarəti (Document Control) qaydalarına uyğun təmin etmək.

Tələblər:

  • Ali təhsil (inşaat mühəndisliyi, kəmiyyət ölçmə (Quantity Surveying), hüquq və ya əlaqəli sahə).
  • İnşaat sahəsində minimum 3 il, o cümlədən müqavilə administrasiyasında minimum 2 il təcrübə.
  • FIDIC müqavilə şərtləri üzrə əsas biliklər.
  • MS Office bilikləri (Word, Excel, Outlook, Powerpoint);
  • Azərbaycan dili mükəmməl,  İnglis dili işlək səviyyədə;
  • MS Office (Excel, Word) üzrə yüksək səviyyəli biliklər; sənədlərlə dəqiq işləmə bacarığı.

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək Haqqı: 1800-2300 AZN net
  • İş yeri - Çıraq plaza

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Müqavilələr üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily59
  • Weekly501
  • Monthly1354