Vəzifə funksiyaları:
- Bütün daxil olan sorğuların qeyd etmək və cavablandırmaq;
- Gündəlik istismar xidmətləri ilə bağlı hesabatları qəbul etmək və görülən tədbirləri sistemə daxil etmək;
- İstismar xidmətləri işçilərinin vaxtı-vaxtında ehtiyat və tez korlanan hissələr, həmçinin lazımi ləvazimatlarla təmin etmək;
- Layihə rəhbəri və istismar xidmətləri qrupu ilə əlaqələndirici rol oynamaq;
- 3-cü tərəf şirkətləri qeydə almaq;
- Komandanın fəaliyyətini qiymətləndirmək və hesabatlar hazırlamaq;
- Layihənin xidmətləri və obyektləri haqqında iş biliklərini nümayiş etdirmək və qonaqlara səmərəli kömək etmək;
- Hər zaman layihənin cari vəziyyəti və yerlərin mövcudluğu barədə məlumatlı olmaq;
- Sakinlərin/ icarəçilərin/ qonaqların şikayət və problemlərini həll etmək və onlarla səmərəli danışıqlar aparmaq;
- Müştəri məmnuniyyətini artırmaq üçün planların həyata keçirilməsi;
- Müəyyən olunmuş proqram təminatı ilə işləyib ona dəstək verməlidir;
- Müştərilərlə bağlı hər hansı bir sənədləşmə prosesində iştirak etmək;
- Uyğunlaşdırmaların aparılıb yarana biləcək fərqlərin araşdırılması.
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus və ingilis dili arzuolunandır);
- MS Office (Excel, Word, PowerPoint) proqramlarında sərbəst işləmək bacarığı;
- Ofis avadanlıqları ilə tam sərbəst işləmək bacarığı (printer, scan);
- Komanda ilə kommunikasiyanı yüksək səviyyədə qurmaq;
- İşgüzar münasibət etikası;
- İşində səliqəli, məsuliyyətli və dəqiq olmaq
İş Şəraiti:
- İş qrafiki: 6/1, 10:00-19:00
- Nahar şirkət tərəfindən təmin edilir
- Korporativ balans (bakcell)
- Əmək haqqı: 1200-1500 AZN (NET)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “ Müştərilərlə iş üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.