Vəzifə funksiyaları:
- Həyata keçirilən layihə işləri ilə bağlı planlaşdırılan və faktiki irəliləyişin müqayisəsi, gündəlik və həftəlik hesabatların hazırlanmasını təmin etmək;
- Müvafiq proqram təminatının tətbiqi ilə layihəyə uyğun iş planının hazırlanması sxemlərini hazırlamaq;
- İşlərin icrası üçün lazım olan resursların müəyyən edilməsi; Məhsuldarlıq və adamsayı analizlərin hazırlanması;
- Həftəlik və aylıq hesabata əsasən irəliləmə statusunun hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi;
- Layihə və Planlama rəhbərliyi ilə sıx əməkdaşlıq edərək layihənin gedişatını izləmək, riskləri və potensial problemləri vaxtında müəyyənləşdirmək;
- Layihə rəhbərinə aşağıdakı hesabatları vermək:
- İşçi qüvvəsini və ya işçilərin sayını hesablamaq
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün mühəndislərlə müzakirə aparmaq, gecikən işləri yenidən planlanmaq;
- Subpodratçılar tərəfindən yerinə yetirilmiş işlərə aid qeyd və planlaşdırmanı təmin etmək;
Vəzifəyə olan tələblər:
- İnşaat Mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
- İnşaat sahəsi əsasən sənaye və mülki binaların tikintisində minimum 2 il iş təcrübəsi;
- Kompyuter biliyi: Word, Excel,MS Project, Primavera və İnternetdə işləmə bacarığı.
- Azərbaycan,İngilis dillərində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
- Rəsmi yazışma edə bilmə səviyyəsində ingilis dili bacarığı arzuolunandır;
İş Şəraiti:
- İş qrafiki: 6/1, 08:00-17:00
- İş yeri: Sahə üzrə;
- Nahar şirkət tərəfindən təmin edilir
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Planlama mühəndisi” yazaraq Müraciət et butonunda qeyd olunan email ünvanına göndərə bilərlər.