Vəzifə öhdəlikləri:
- Şirkətin brend imicinə uyğun olaraq sosial media, reklam, çap materialları, təqdimatlar və digər vizual məzmunların hazırlanması;
- Kreativ ideyaların vizual həllərə çevrilməsi;
- Marketinq komandası ilə sıx əməkdaşlıq edərək kampaniyalar üçün dizayn materiallarının hazırlanması;
- Mövcud dizayn materiallarının optimallaşdırılması və yenilənməsi;
- Çap və rəqəmsal platformalar üçün ölçü və formatlara uyğun dizaynların işlənməsi;
- Müxtəlif layihələr üzrə qrafik üslubun vahidliyinin qorunması;
- Bazar trendlərinin izlənməsi və dizayn prosesinə tətbiq edilməsi.
Tələblər:
- Ali təhsil (dizayn və ya əlaqəli sahələr üstünlükdür);
- Adobe Photoshop, Adobe Illustrator və Adobe InDesign proqramlarında yüksək səviyyədə bilik;
- Digər dizayn proqramları ilə işləmək bacarığı (CorelDraw, After Effects və s. üstünlükdür);
- Kreativ düşüncə və detallara diqqət;
- Eyni anda bir neçə layihəni idarə etmək və vaxtı səmərəli planlaşdırmaq bacarığı;
- Komanda ilə işləmək və işgüzar ünsiyyət qurmaq bacarığı;
- Portfolionun təqdim olunması mütləqdir.
Üstünlüklər: - UI/UX dizayn üzrə təcrübə;
- Reklam agentliyi və ya iri şirkətdə iş təcrübəsi.
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək Haqqı: 1200-1500 AZN (NET)
- İş yeri - Çıraq plaza
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Qrafik Dizayner” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.