Daşınmaz əmlak və satış sahəsində təcrübəsi olan, eləcə də bu sahədə karyera qurmaq istəyən namizədlərin müraciətlərini gözləyirik.
Namizədə tələblər:
- Ali təhsil
- Azərbaycan və rus dilində səlis danışıq və düzgün ünsiyyət bacarığı
- Müştəri ilə işləmək və satış sahəsinə maraq
- Məsuliyyətli və işə ciddi yanaşma
- Danışıqlar aparmaq və təqdimat bacarığı
- Komandada işləmək bacarığı
- Daşınmaz əmlak və ya satış sahəsində təcrübə üstünlükdür
- İş təcrübəsi olmayan namizədlərə də üstünlük verilir. Sahə üzrə ilkin hazırlıq və iş prosesi ilə bağlı dəstək göstərilir.
İşin əsas öhdəlikləri:
- Müştərilərlə telefon və görüş vasitəsilə əlaqənin qurulması
- Müştərinin tələbinə uyğun əmlakların seçilməsi və təqdim olunması
- Əmlak baxışlarının təşkili
- Alıcı və satıcı ilə danışıqların aparılması
- Satış prosesinin başlanğıcdan yekunlaşana qədər idarə olunması
Şirkət tərəfindən təqdim olunur:
- Müştəri bazası və daxil olan müraciətlərlə işləmək imkanı
- Satış və daşınmaz əmlak sahəsi üzrə təlimlər
- Sabit iş mühiti və komanda dəstəyi
- Satış nəticələrinə uyğun bonus və komissiya sistemi
- Peşəkar və karyera inkişafı imkanı
İş saatları: 09:00-18:00
Daşınmaz əmlak sahəsində uzunmüddətli karyera qurmaq istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət zamanı mövzu hissəsində “Əmlak üzrə satış məsləhətçisi” qeyd etməyiniz xahiş olunur.