AVENSOL MMC 315 MWac Neftçala Günəş Elektrik Stansiyası Layihəsi üçün Mülki İşlər üzrə Keyfiyyətə Nəzarət Müfəttişi axtarır.
İş şəraiti
- İş yeri: Neftçala, Azərbaycan
- Əmək haqqı: Razılaşma yolu ilə
- Yaşayış: Təmin olunur
- Qidalanma: Təmin olunur
Əsas vəzifələr
- Mülki işlərin layihə sənədləri, texniki spesifikasiyalar və keyfiyyət tələblərinə uyğunluğuna nəzarət;
- Torpaq işləri, qazıntı, dolğu, bünövrə, beton və dəmir-beton işlərinin yoxlanılması;
- Materialların qəbul və uyğunluq yoxlamalarında iştirak;
- Sahə inspeksiyaları, ölçmə və testlərin aparılması və sənədləşdirilməsi;
- Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılmasının izlənilməsi;
- ITP, inspeksiya protokolları, test nəticələri və digər keyfiyyət sənədlərinin aparılması;
- Podratçı və subpodratçı işlərinin keyfiyyətinə nəzarət;
- QA/QC və layihə komandası ilə koordinasiya.
Tələblər
- İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- Civil QC/QA sahəsində müvafiq iş təcrübəsi;
- Günəş elektrik stansiyası, enerji və ya iri tikinti layihələrində təcrübə üstünlükdür;
- Beton, armatur, torpaq işləri və bünövrə işləri üzrə bilik;
- Keyfiyyət sənədləri və inspeksiya prosesləri üzrə təcrübə;
- İngilis dili biliyi mütləqdir;
- Texniki sənədlərlə işləmə və komanda ilə əməkdaşlıq bacarığı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail mövzusunda: Civil QC Inspector – Neftçala qeyd olunması xahiş olunur.