Planlama və Hesabat üzrə Mühəndis (Planning and Reporting Engineer)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Planlama və Hesabat üzrə Mühəndis (Planning and Reporting Engineer)

  • Истекает 15 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Avensol şirkəti Neftçala rayonunda həyata keçirilən günəş elektrik stansiyası layihəsi üçün komandamıza Planlama və Hesabat üzrə Mühəndis (Planning and Reporting Engineer) axtarır.

Əsas vəzifələr

  • Layihənin əhatə dairəsi, BOQ və çertyojlar əsasında ilkin layihə qrafiklərinin (Baseline Schedule), İşlərin Bölünmə Strukturunun (WBS) və kritik yolun hazırlanması;
  • Sahədən gündəlik və həftəlik məlumatların toplanması, layihənin faktiki icra vəziyyətinin qrafik üzrə yenilənməsi və monitorinqi;
  • Həftəlik və aylıq hesabatların, S-Curve, histogram və digər layihə göstəricilərinin hazırlanması və təqdim edilməsi;
  • Layihədə yaranan gecikmələrin və risklərin vaxtında müəyyən edilməsi, bərpa qrafiklərinin (Recovery Schedule) və zərurət olduqda müddətin uzadılması tələblərinin (EOT) hazırlanmasına dəstək;
  • İşçi qüvvəsi, avadanlıq və material ehtiyaclarının planlaşdırılması və resurs bölgüsünün optimallaşdırılması;
  • Subpodratçıların icra vəziyyətinin təsdiq edilmiş iş qrafiklərinə uyğun izlənilməsi və gecikmələr barədə layihə rəhbərliyinin məlumatlandırılması;
  • Layihə rəhbərinin verdiyi tapşırıqları layihənin ehtiyaclarına uyğun olaraq vaxtında və keyfiyyətlə icra etmək, zəruri hallarda layihənin planlaşdırılması, hesabatlılığı və koordinasiyası ilə bağlı əlavə işləri həyata keçirmək.

Tələblər

  • İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi, Mexanika mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Primavera P6 və ya Microsoft Project proqramlarında yüksək səviyyədə praktiki bilik;
  • Tikinti, enerji, neft-qaz və ya infrastruktur layihələrində 3–5+ il müvafiq iş təcrübəsi;
  • Layihələrin planlaşdırılması, icra vəziyyətinin monitorinqi və hesabatların hazırlanması üzrə praktiki təcrübə;
  • İngilis dili biliyi mütləqdir – yazılı və şifahi ünsiyyət səviyyəsində;
  • Güclü analitik düşüncə, hesabat hazırlama və koordinasiya bacarıqları.

İş şəraiti

  • İş yeri: Neftçala, günəş elektrik stansiyası layihəsi
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə
  • Qidalanma: Təmin edilir
  • Yaşayış: Təmin edilir

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Planlama və Hesabat üzrə Mühəndis” başlığı ilə göndərə bilərlər.

  • Daily0
  • Weekly585
  • Monthly1183