Avensol MMC Neftçala rayonunda həyata keçirilən günəş elektrik stansiyası layihəsi üçün Texniki Ofis Mühəndisi axtarır.
Əsas vəzifələr
- Layihə üzrə BOQ-ların yoxlanılması, iş həcmlərinin sahədə faktiki ölçülməsi və təsdiq edilmiş miqdarlarla müqayisəsinin aparılması;
- Tikinti xərclərinin təsdiq edilmiş büdcə və BOQ əsasında monitorinqi və nəzarətdə saxlanılması;
- Material sərfiyyatı, işçi qüvvəsi və tikinti avadanlıqlarından istifadənin izlənilməsi və faktiki göstəricilərin təhlili;
- İşçi qüvvəsi, avadanlıq və məhsuldarlıq xərclərinin tikinti planına uyğunluğunun monitorinq edilməsi;
- Əlavə işlərin, dəyişikliklərin və əlavə xərclərin hesablanması, qiymətləndirilməsi və müvafiq sənədlərin hazırlanması;
- Subpodratçıların təqdim etdiyi görülmüş işlərə dair hesabatların, faktiki iş həcmlərinin və ödəniş tələblərinin yoxlanılması;
- Layihə çertyojlarında və texniki həllərdə edilən dəyişikliklərin xərclərə təsirinin qiymətləndirilməsi;
- Xərclərin artmasına, tikinti prosesində səmərəsizliyə və potensial qənaət imkanlarına səbəb olan halların müəyyən edilməsi;
- Təchizat prosesinə dəstək məqsədilə material miqdarlarının, texniki spesifikasiyaların və alternativ, daha səmərəli həllərin nəzərdən keçirilməsi;
- Faktiki və planlaşdırılmış iş həcmləri arasındakı fərqlərin müəyyən edilməsi, səbəblərinin araşdırılması və müvafiq tədbirlərin təklif olunması;
- Xərclərin optimallaşdırılması və layihə üzrə daha səmərəli texniki həllərin müəyyən edilməsi istiqamətində rəhbərliyə dəstək göstərilməsi;
- Layihə rəhbərinin verdiyi tapşırıqların layihənin ehtiyaclarına uyğun olaraq vaxtında və keyfiyyətlə icra edilməsi.
Namizədə tələblər
- Mülki, Mexanika, Elektrik mühəndisliyi və ya müvafiq mühəndislik sahəsi üzrə ali təhsil;
- Tikinti üzrə texniki ofis, xərc nəzarəti və iş həcmlərinin hesablanması sahəsində 3–5 il iş təcrübəsi;
- Tikinti çertyojları, texniki spesifikasiyalar, BOQ, MTO və iş həcmlərinin hesablanması üzrə güclü biliklər;
- Xərc smetalarının hazırlanması, büdcəyə nəzarət, əlavə işlər və dəyişikliklərin qiymətləndirilməsi üzrə təcrübə;
- Subpodratçıların görülmüş iş həcmlərinin və ödəniş tələblərinin yoxlanılması üzrə praktiki bacarıq;
- Müqavilə şərtləri, iş həcmi, əlavə işlər, iddialar və kommersiya prosedurları barədə məlumatlılıq;
- Sahə şəraitində və intensiv iş qrafiki çərçivəsində işləmək bacarığı;
- İngilis dilində yaxşı ünsiyyət və hesabat hazırlama bacarığı;
- Yüksək diqqətlilik, miqdar fərqlərini, xərc risklərini və təkrar iş ehtimalını vaxtında müəyyən etmək bacarığı;
İş şəraiti
- İş yeri: Neftçala, günəş elektrik stansiyası layihəsi
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə
- Qidalanma: Təmin edilir
- Yaşayış: Təmin edilir
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Texniki Ofis Mühəndisi – Neftçala” başlığı ilə göndərə bilərlər.