Aviation Services Group Amadeus texniki dəstək heyəti vəzifəsi üzrə işçi axtarır.
Namizədə olan tələblər:
- Təhsil: Tam orta
- İş təcrübəsi: İnformasiya texnologiya sahəsində təcrübəsi arzu olunandır
- Microsoft office programları bilikləri
- Kompüter və şəbəkə avadanlıqları bilməli, onların sazlanması və istismarını təşkil etməyi bacarmalıdır
Vəzifə öhdəlikləri:
- İnformasiya texnologiya sistemlərinin fəaliyyətinə nəzarət etmək və informasiya texnologiya avadanlıqlarının sabit və daimi işləməsini təmin etmək
- Sərnişin xidməti üzrə departamentinin agentlərin bildirişi üzrə operativ olaraq Amadeus sistemlərinə texniki dəstəyini göstərmək
- Ademus sisteminin və avadanlıqlarının sazlanması, daxili sistemlərin işinə nəzarət və istifadəçilərə dəstək, yeni hazırlanmış sistemlərinin test etmək və hesabatların təqdim etmək
- Aviaşirkətlər tərəfindən yeni istifadə olunacaq qeydiyyat sistemlərini müvafiq olaraq test etmək və qeydiyyat duracaqlarında işləməsinə nəzarət etmək
- Avadanlıqlarda yaranmış nasazıqların aradan qaldırılmaq
- Şəbəkələrini nəzarətdə saxlamaq
- Avadanlıqların və program təminatlarının vəziyyətinə nəzarət etmək və rəhbərliyi bu barədə məlumatlandırmaq
İş Şəraiti:
- İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroport
- İş qrafiki: Növbəli- səhər növbəsi 08:00–20:00, növbəti gün gecə növbəsi 20:00–08:00, sonra 2 gün istirahət.
- Əmək haqqı:1060 AZN net
- Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən tənzimlənir
Müraciət üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd edərək “Amadeus Texniki dəstək heyəti” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.