Aviation Services Group Hüquq məsləhətçisi vəzifəsinə işçi axtarır.
Namizədə olan tələblər:
- Təhsili: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- İş təcrübəsi: Hüquq sahəsində 1 ildən az olmayaraq
- Dil bilikləri: Azərbaycan dilini əla, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək
Əlavə tələblər:
- Azərbaycan Respublikasının qanunvericilik və normativ hüquqi aktlarını bilməsi (xüsusi olaraq: mülki, mülki-prosessual, əmək, vergi, inzibati, gömrük və korporativ hüquq).
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydaların bilməsi)
Vəzifə borcları:
- Hüquq sahəsində müəssisənin əmək fəaliyyətini istiqamətləndirmək və mükəmmələşdirmək
- Təsis sənədlərin hazırlanması və onlara dəyişikliklər edilməsini həyata keçirmək
- İddialara cavab hazırlanması üçün təqdim edilməsi vacib olan sənədlərin və materialların vaxtında verilməsinə nəzarət etmək
- Hüquqi xarakterli sənədləri hazırlamaq və onların hazırlamasında iştirak etmək
- Müəssisənin müqavilələrinin bağlanması işində iştirak etmək və onların hüquqi ekspertizasını həyata keçirmək
- Məhkəmələrdə və digər dövlət orqanları qarşısında müəssisənin maraqlarının təmsil edilməsi üçün zəruri sənədlərin hazırlanması.
İş şəraiti:
- İş qrafiki: gündəlik (5 günlük iş həftəsi 09:00 – 18:00)
- İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu
- Əmək haqqı: 1400 AZN nett
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma (Koroglu m/s dan).
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq məsləhətçisi" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.