Elektronçu

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Elektronçu

  • Истекает 8 ноябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşin qısa təsviri: 

Elektronçu müəssisənin avadanlıqlarının, elektron qurğuların, nəzarət və darəetmə sistemlərinin fasiləsiz işləməsini təmin edən ixtisaslı mütəxəssisdir. Onun əsas vəzifəsi  nasazlıqların vaxtında aşkarlanması, təmiri, profilaktik tədbirlərin görülməsi və yeni sistemlərin düzgün quraşdırılmasıdır.

Namizədə dair tələblər:

  • Elektron sxemlərin oxunması və analiz edilməsi;
  • Multimetr, osiloskop, lehimləmə avadanlıqları və digər ölçü cihazlarından istifadə;
  • Şəbəkə qurğuları, müşahidə sistemləri və enerji paylama xətləri haqqında bilik;
  • Kompüter MS Office (Excel,Word) proqramları və proqram təminatı üzərində işləmək bacarığı;
  • Müvafiq sahədə ən azı 2-3 il iş təcrübəsi;
  • Problemləri həll etmə bacarığı və detallara diqqətli olmalı;
  • Məsuliyyətli, diqqətli, komanda ilə işləmək qabiliyyəti;
  • Məxfilik prinsiplərinin qorunması:

İş barədə məlumat: (vəzifə öhdəlikləri)

  • Quraşdırma: Elektron cihazların, kameraların, sensorların və digər avadanlıqların texniki göstəricilərə uyğun montajı;
  • Profilaktika: Avadanlıqların planlı yoxlanışı, təmizlənməsi və sazlanması.
  • Diaqnostika: Elektrik və elektron komponentlərdə yaranan nasazlıqların aşkarlanması üçün ölçü cihazlarından istifadə.
  • Təmir: Nasaz modulların, dövrə lövhələrinin, naqillərin və digər hissələrin dəyişdirilməsi və bərpası.
  • Proqramlaşdırma və Parametrləmə: İntellektual kameralar, nəzarət cihazları və idarəetmə sistemlərinin proqram təminatının yüklənməsi və sazlanması:
  • Sınaq və İstismar: Quraşdırılmış avadanlığın test olunması, texniki parametrlərə uyğun işləməsinin yoxlanılması;
  • Təhlükəsizlik qaydalarına riayət edərək elektrik və elektron avadanlıqları ilə işləmək;
  • İstismar zamanı yaranan nasazlıqları operativ aradan qaldırmaq.

İş Şərtləri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • 5 günlük iş qrafiki / İş saatı 09:00-dan 18:00-dək:
  • Nahar fasiləsi 13:00-dan-14:00-dək
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək
  • Metroya yaxın məsafədən şirkətin servis xidməti fəaliyyət göstərir.

Üstünlüklərimiz:

  • İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • Karyera irəliləyişlərində yaradılan imkanlar;
  • Təlimlərdə iştirak;
  • Konüllü tibbi sığorta ilə təmin edilmə (3 ay sonra) 
  • Korporativ nömrə,danışıq limiti

QEYD: Tələblərə cavab verən namizədlər  CV-lərini mövzu yerinə “Elektronçu” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily106
  • Weekly317
  • Monthly2406