İşin qısa təsviri:
- Elektronika üzrə Baş mühəndis şirkətin yeni nəsil svetofor nəzarətçisi (Controller) sistemlərinin texniki inkişafı, dizaynı və mikrokontroller səviyyəsində proqramlaşdırılması prosesini icra edən aparıcı mütəxəssisdir. O, layihənin icrasına texniki tərəfdən dəstək verməklə yanaşı, yol hərəkətinin idarəedilməsi sahəsində müstəqil araşdırma və yeniliklərin tətbiqi üçün məsuliyyət daşıyır.
Namizədə dair tələblər :
- Müvafiq sahədə ən azı 5-7 il iş təcrübəsi.
- Ali Texniki təhsil: Elektronika Mühəndisliyi, Avtomatika və ya müvafiq sahə üzrə.
- Dərin Elektronika və Proqramlaşdırma bilikləri: Mikrokontrollerlər (MCU) üzərində C/C++ proqramlaşdırma və embedded sistemlər sahəsində minimum 3 il təcrübə.
- PCB Dizaynı təcrübəsi: Çoxqatlı PCB-lərin dizaynı və istehsala hazırlanması bacarığı. EDA proqramları (məsələn, Altium Designer, Eagle) ilə işləmək təcrübəsi.
- Protokol bilikləri: Sənaye və şəbəkə kommunikasiya protokolları (TCP/IP, UDP, Modbus, RS-485, CAN, I2C, SPI) üzrə mükəmməl biliklər.
- Araşdırma və öyrənmə qabiliyyəti: Yeni texnologiyaları və sənaye həllərini (məsələn: yol hərəkəti idarəetmə sistemləri) araşdırmaq və öz mühəndislik həllərinə tətbiq etmək bacarığı mütləqdir.
- Yol hərəkəti bilikləri (üstünlük): Svetofor nəzarətçiləri, trafik sensorları və ya yol idarəetmə arxitekturaları haqqında əvvəlcədən bilik olması böyük üstünlükdür.
- Məsuliyyətli, detallara qarşı diqqətli, həm fərdi, həm də komandada yüksək effektivliklə işləmək qabiliyyəti.
İş barədə məlumat: (vəzifə öhdəlikləri)
- Ar-Ge və Analiz: Svetofor nəzarətçisi sistemləri sahəsində qlobal standartların və rəqib məhsulların texniki xüsusiyyətlərinin dərin araşdırılması.
- Dizayn və Prototip Yaratma: Yeni məhsulun tələblərinə uyğun olaraq elektrik sxemlərinin və Çap Olunmuş Dövrə Lövhələrinin (PCB) sıfırdan dizayn edilməsi, sınaq (prototip) nümunələrinin yığılması.
- Mikrokontroller Proqramlaşdırılması: Nəzarət sistemlərinin (məsələn, ARM) C/C++ dilində aşağı səviyyəli (low-level) proqram təminatının yazılması, debug edilməsi və funksionallığının təmin edilməsi.
- Kommunikasiya inkişafı: Nəzarətçilərin mərkəzi idarəetmə sistemləri ilə şəbəkə protokolları (TCP/IP, Modbus, CAN) vasitəsilə etibarlı əlaqəsini təmin edən texniki həllərin işlənib hazırlanması.
- Diaqnostika və təkmilləşdirmə: Mürəkkəb elektron nasazlıqların aşkarlanması və istehsal olunan qurğuların texniki göstəricilərinin təkmilləşdirilməsi.
- Texniki sənədləşmə: Bütün dizayn qərarları, proqram təminatı kodu, sınaq nəticələri və istehsal üçün lazım olan tam texniki sənədlərin (Gerber faylları, BOM daxil) hazırlanması.
- Təhlükəsizlik və Standartlara Uyğunluq: Layihənin yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu təmin etmək.
İş Şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 5 günlük iş qrafiki / İş saatı 09:00-dan 18:00-dək:
- Nahar fasiləsi 13:00-dan-14:00-dək
- Əmək haqqı : namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək
- Metroya yaxın məsafədən şirkətin servis xidməti fəaliyyət göstərir.
Üstünlüklərimiz:
- İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- Karyera irəliləyişlərində yaradılan imkanlar;
- Təlimlərdə iştirak;
- Konüllü tibbi sığorta ilə təmin edilmə (3 ay sonra)
- Korporativ nömrə, danışıq limiti
Tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “Elektronika üzrə Baş mühəndis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.