İşçiyə qoyulan tələblər:
- Ali təhsil;
- Vəzifə üzrə 2-3 il iş təcrübəsi;
- Logo proqramını bilmək mütləqdir;
- Analitik təhlil, statistik və riyazi biliklər
Vəzifə öhdəlikləri:
- Mağazaya gələn alış və qaytarma qaimələrinin sistemə işlənməsi;
- Mağazalar arası transfer sənədlərinin sistemə işlənməsi;
- Mağazada sistemdə günlük yaranan problemlərin həll edilməsində dəstək göstərmək;
- Kreditorlarla üzləşmə və ödənişlərin izlənməsi, bölgüsünün aparılması;
- Aylıq xərclərin Logo proqram təminatına işlənməsi;
- Sistem üzərindən aylıq hesabat dövrünün bağlanmasına köməklik göstərilməsi;
- Verilən tapşırıqların yerinə yetirilməsi.
İş şərtləri:
- Əmək haqqı: 700 AZN;
- 5 günlük iş həftəsi
- Nahar və korporativ nömrə şirkət tərəfindən qarşılanır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd edilmiş elektron poçt ünvanına “subject” (mövzu) hissəsində “Mühasib” qeyd etməklə göndərməyiniz xahiş edilir.