Təsvir
- Potensial yerli və xarici təchizat bazarının sistemli şəkildə araşdırılması və yeni təchizatçıların müəyyənləşdirilməsi;
- Tələb olunan mallar və xidmətlər üçün uyğun təchizatçılardan kommersiya təkliflərinin əldə edilməsi və danışıqların aparılması;
- Alınan təkliflərin qiymət, keyfiyyət, təhvil müddəti, texniki tələblərə uyğunluq və digər kommersiya şərtləri baxımından dərin müqayisəli təhlilinin aparılması;
- Satınalma sifarişlərinin hazırlanması, təsdiq proseslərinin idarə olunması və ERP sistemində (və ya daxili platformada) qeydiyyatının aparılması;
- Sifarişlərin icra vəziyyətinə nəzarət, gecikmələrin və uyğunsuzluqların qarşısının alınması üçün proaktiv tədbirlərin görülməsi;
- Təchizatçılarla davamlı əməkdaşlıq əlaqələrinin idarə edilməsi, performans göstəricilərinin (qiymət sabitliyi, çatdırılma dəqiqliyi, keyfiyyət) monitorinqi və qiymətləndirilməsi;
- Satınalma prosesinə dair sənədləşmənin (müqavilələr, hesab-fakturalar, təhvil-təslim aktları və s.) düzgün və tam şəkildə aparılmasına nəzarət;
- Şirkətin satınalma strategiyasına uyğun olaraq xərclərin optimallaşdırılması və təchizat zəncirinin effektivliyinin artırılması üzrə təkliflərin hazırlanması.
Tələblər
- Təhsil: Ali təhsil — Biznesin idarə edilməsi, İqtisadiyyat, Logistika və ya əlaqəli sahələr üzrə;
- Dil bilikləri: Azərbaycan dili — səlis, İngilis dili — yaxşı səviyyədə (yazılı və şifahi ünsiyyət), Rus dili — arzuolunandır;
- Kompüter bilikləri: MS Excel üzrə yüksək səviyyəli biliklər, MS Office proqramları və satınalma sistemləri (ERP, 1C və ya analoji platformalar) ilə işləmə bacarığı;
- Yüksək səviyyədə kommunikasiya;
- Analitik bacarıqlar, Excel, Power BI və digər hesabat/planlaşdırma alətlərində iş təcrübəsi;
- Proaktivlik, məsuliyyətli.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 1-2 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.