Ərazilər: Bakı
İşin təsviri:
- Üçüncü tərəf satış kanallarının idarə olunmasında komandaya dəstək göstərmək
- Platformalardakı əməliyyatlara və proseslərə kömək etmək
- Tərəfdaşlarla və daxili əməkdaşlarla telefon zəngləri və yazışmalarda iştirak etmək
- Hesabatların hazırlanmasına və məlumatların Excel-də işlənməsinə yardım etmək
- Gündəlik satış və stok məlumatlarının izlənməsi və strukturlaşdırılmasında iştirak
Tələblər:
- Microsoft Excel proqramında orta səviyyəli biliklər (əsas funksiyalar, sort/filter, sadə hesabatlar)
- İngilis dilində əsas anlayışlara malik olmaq (terminləri anlama və sadə yazışmalar)
- Yaxşı ünsiyyət bacarığı və komanda ilə işləmək bacarığı
- Məsuliyyətli, diqqətli və öyrənməyə maraqlı olmaq
- Ali təhsil (İqtisadiyyat, Biznes, Marketinq və ya əlaqəli sahələr)
Təklifimiz:
- Əla iş şərtləri: sığorta,karyera yüksəlişi;
- Müvafiq sahədə peşəkar inkişaf;
- Səmimi və peşəkar komandada çalışmaq, birlikdə yüksək nəticələr əldə etmək!
Maraqlananlar CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində (subject, тема) seçdiyiniz vakansiyanın adını yazmaq xahiş olunur.
Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.