Ərazilər: Bakı
İşin təsviri:
- Müəssisə daxili maliyyə smetasının qiymətləndirmək, layihələr üzərində kodların və zona bölgüsünün təsvir etmək, xərcləri optimallaşdırmaq;
- Elektrik koordinasiya prosesinə nəzarət etmək;
- İstismar müddətinin təhlili də daxil olmaqla elektrik sistemini seçilmək;
- Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək;
- Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək
- Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək;
- Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək;
- Avadanlıqlara texniki baxış keçirilməsi üzrə cədvəl və metodlar hazırlamaq, resurs tələbatlarını müəyyənləşdirmək, müvafiq idarəetmə heyəti ilə birgə ehtiyacları müzakirə etmək, resursları müvafiq qaydada bölüşdürmək;
- Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına nəzarət etmək.
Tələblər:
- Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil.
- Yaş həddi 35-55;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Yüksək gərginlikli xəttə müdaxilə etmə icazəsi olmalı;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı.
Təklifimiz:
- Əla iş şərtləri: sığorta,karyera yüksəlişi;
- Müvafiq sahədə peşəkar inkişaf;
- Səmimi və peşəkar komandada çalışmaq, birlikdə yüksək nəticələr əldə etmək!
Maraqlananlar CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində (subject, тема) seçdiyiniz vakansiyanın adını yazmaq xahiş olunur.
Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.