Əsas vəzifə öhdəlikləri:
- Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsi;
- Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
- Audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinə nəzarət edilməsi;
- Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
- Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak edilməsi;
- Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi;
- Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanması;
- Daxili Audit Departamenti rəhbərinin tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatlarının hazırlanmasında iştirak edilməsi;
- Audit üzrə iş və vaxt bölgüsü hesabatının hazırlanmasında iştirak edilməsi;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
- İştirak etdiyi audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak edilməsi;
- Daxili Audit Departamentinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
- Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməli və tətbiqi təcrübəsi olmalı;
- Vergi Məcəlləsi üzrə biliklərin olması;
- Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali iqtisadi və ya hüquqi təhsil;
- Audit sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür;
- Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı;
- SAP üzrə biliklər.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı auditor” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.