Avrora Avrora
  • 1.2K

Data Analitika Mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Data Analitika Mütəxəssisi

  • Deadline 23 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Biznes bölmələri ilə əməkdaşlıq edərək məlumat ehtiyaclarını təhlil edir;
  • Müxtəlif şöbələrin ehtiyaclarına uyğun hesabatları hazırlayır;
  • Mövcud analitik sistemlərin təkmilləşdirilməsində komandaya dəstək verir;
  • Verilən tapşırıqlara uyğun data sorğularını (SQL) yazır;
  • Müxtəlif mənbələrdən (məs. Excel, SQL, SAP və s.) məlumatları toplayır və təmizləyir;
  • Məlumatları analiz edir və nəticələri vizual formatda təqdim edir (Power BI, Excel və s. vasitəsilə);
  • Sadə data load proseslərinə nəzarət edir;
  • Rəhbərliyə aylıq, rüblük və illik data əsaslı hesabatları təqdim edir;
  • SSAS (SQL Server Analysis Services) tabular modelləri ilə işləyir, mövcud ölçü və atributları başa düşür və sadə dəyişikliklərə dəstək verir;
  • SSIS (SQL Server Integration Services) paketlərini izləyir, test edir və sadə ETL  proseslərində iştirak edir.

Tələb olunan bilik və bacarıqlar:

  • Yüksək səviyyədə Excel bilikləri;
  • Microsoft Power BI proqramı ilə təcrübə (xüsusilə DAX dili)
  • SQL (MS SQL üstünlükdür) üzrə biliklər;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Yüksək ünsiyyət bacarıqları.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsilli (Riyaziyyat, İqtisadiyyat, Maliyyə ixtisaslarında üstünlükdür)
  • İş təcrübəsi: Data analitika və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi, FMCG  sektorunda təcrübə üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis dil biliyi arzuolunandır.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş yeri: Aşıq Molla Cümə, 46C.
  • İş saatı: 09:00-18:00

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Data Analitika Mütəxəssisi” yazaraq Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily4
  • Weekly590
  • Monthly210