Avrora Avrora
  • 740

Avrora

Distributors

Deklarasiya üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Deklarasiya üzrə Mütəxəssis

  • Deadline 17 July 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Deklarasiyası təsdiq edilmiş yüklər haqqında gömrük proseslərindən məsul şəxsə məlumat verir;
  • Gömrük bəyannamələrinin qeydiyyatını aparır;
  • Gömrük inspektoru ilə mütəmadi olaraq danışıqlar aparır, yaranmış olan problemlərin aradan qaldırılması üçün addımlar atır, lazım olduğu təqdirdə yüklərin terminaldan çıxarılması icra edir;
  • Gömrük rəsmiləşdirilməsi üçün tələb edilən sənədlərin toplanması üçün mütəmadi olaraq aidiyyəti şöbələrlə koordinasiya edir;
  • Gündəlik sənədləşdirilmiş yüklərin sistem üzərindən yoxlanmasını təmin edir;
  • İdxal sənədlərinin yoxlayır və idxal bəyannamələrini tərtib edir;
  • Qısa idxal bəyannamələrini hazırlayır, yoxlayır, təsdiq prosesini icra edir və gömrüyə təqdim edir;
  • Tədarükçülərlə bağlanmış müqavilələrin əlavələrinin elektron hökümət portalı üzərindən gömrük rəsmiləşdirilməsi üçün kodlarını alır, gömrük sisteminə daxil edir;
  • Yüklərin hərəkətliliyinin yükün növünə görə prioritetləşməsini həyata keçirir.

Tələb olunan bilik və bacarıqlar:

  • Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Gömrük bəyannamələrinin doldurulması qaydasının metodikası haqqında biliklər;
  • Problem həll etmə bacarığı;
  • Analitik düşüncə;
  • Komanda ilə işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali; 
  • İş təcrübəsi: Sahə üzrə min.1 il;
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil biliyi arzuolunandır.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş yeri: Aşıq Molla Cümə, 46C.
  • İş saatı: 09:00-18:00.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Deklarasiya üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily72
  • Weekly585
  • Monthly465