Əsas vəzifə öhdəlikləri:
- İşçilərin tabel uçotunu aparmaq, onların işə davamiyyətinə nəzarəti həyata keçirmək, tabelin daxili proqramda işlənilməsini təmin etmək;
- Hər gün işçilərin işə çıxıb-çıxmaması haqqında səbəbləri qeyd etməklə hesabatı tərtib etmək, struktur rəhbərlərinə məlumat xarakterli təqdim etmək
- İşçilərin aylıq qrafiklərinin daxili proqramda işlənilməsini təmin etmək;
- Aylıq KPİ hesablanmasını həyata keçirmək
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtlı-vaxtında və dəqiq icra etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Komandada işləmək bacarığı
- İşinə dəqiq, məsuliyyətli yanaşma
- Yaxşı səviyyədə MS Excel biliyi,
- Azərbaycan Respublikası Əmək məcəlləsi biliyi
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: Sahə üzrə min. 1 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Aşıq Molla Cümə 46 C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən Cv-lərini mövzu hissəsinə “Əmək haqqı üzrə kiçik mütəxəssis” yazaraq Müraciət et butonunda qeyd olunan ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.