Əsas vəzifə öhdəlikləri:
- Yük daşınma hesabatının hazırlanması və aidiyyəti əməkdaşlara göndərilməsi.
- Yük daşınma sənədlərin yoxlanılması və yüklənməsi.
- Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi.
- Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük prosesləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanılması.
- Şirkətə aid olan yüklərin hərəkətinin izlənilməsi, lazımi hesabatların hazırlanması və müvafiq şöbələrə məlumatların ötürülməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Problem həll etmə bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Detallara diqqət.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: Sahə üzrə təcrübə olması üstünlükdür;
- Dil bilikləri: Azərbaycan və Rus dili bilikləri yüksək səviyyədə, ingilis dil biliyi arzuolunandır.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri: Aşıq Molla Cümə, 46C.
- İş saatı: 09:00-18:00.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Logistika üzrə kiçik mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.