Avrora Avrora
  • 1.2K

Avrora

Distributors

Maliyyə Analitiki

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə Analitiki

  • Deadline 9 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Anbar qalığı üzrə hesabatların hazırlanması;
  • İmha hesabatlarının hazırlanması;
  • Delist məhsulların analizi və hesabatının hazırlanması;
  • Anbar silinmələrinin FİFO üzrə aparılmasına nəzarət edilməsi;
  • Satış iadə müraciətlərinin təhlili və nəzarət edilməsi;
  • Sistemdə məhsulların iadə, bloklanması və blokdan çıxarılması üzrə işlərin həyata keçirilməsi;
  • İadələrdə olan neqativliklərin araşdırılması və cərimələrin hesablanması;
  • Son istifadə tarixi bitmiş məhsullar üzrə analizlərin aparılması.

Tələb olunan bilik və bacarıqlar:

  • ACCA üzrə FA, FR, MA imtahanlarından müvəffəqiyyətlə keçmək üstünlükdür;
  • Analitik bacarıqlar;
  • Komandada işləmək bacarığı;
  • Ünsiyyət bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali;
  • İş təcrübəsi: Min. 3 il (Maliyyə, Hesabatlılıq və ya Maliyyə analizi istiqamətləri üzrə)
  • Dil bilikləri: Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyinin yaxşı səviyyədə olması;
  • Kompüter bilikləri: MS Office proqramları ilə işləmək bacarığı.

 İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Aşıq Molla Cümə 46 C

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Nahar şirkət tərəfindən təmin edilir.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə Analitiki” yazaraq Müraciət et butonunda qeyd edilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily2
  • Weekly2
  • Monthly210