Avrora Avrora
  • 832

Məhsul Meneceri (Spirtli içki və Süd məhsulları üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Məhsul Meneceri (Spirtli içki və Süd məhsulları üzrə)

  • Deadline 6 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
  • Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması;
  • Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
  • Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
  • Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
  • Cari və növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik planlarını təhlil edilməsi;
  • Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
  • Brend üzrə qiymət siyasətini mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
  • Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Güclü analitik düşüncə qabiliyyəti;
  • Detallara diqqət yetirmək qabiliyyəti;
  • Excel , Power BI, PowerPoint proqramları üzrə yüksək biliklər;
  • SAP proqramı üzrə biliklər üstünlükdür;
  • Spirtli içki və Süd məhsulları kateqoriyaları üzrə yüksək biliklər;
  • Qlobal və ya beynəlxalq brendlərin idarə edilməsi təcrübəsi;
  • Marketinq büdcəsinin (A&P) idarə olunması;
  • Marketinq kampaniyalarının icrası;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil (Marketinq, İqtisadiyyat, Maliyyə və bu istiqamətlər üzrə minimum bakalavr dərəcəsi); 
  • İş təcrübəsi: Məhsul Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi (FMCG sektorunda təcrübə üstünlükdür);
  • Dil bilikləri: Rus dil biliyi mütləq, İngilis dili biliyi arzuolunandır.

İş şərtlərimiz: 

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul Meneceri (Spirtli içki və Süd məhsulları üzrə)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily48
  • Weekly70
  • Monthly641