Əsas vəzifə öhdəlikləri:
- Tikinti sahəsində gündəlik işlərin gedişatına nəzarət edilməsi və iş qrafikinə uyğunluğun təmin edilməsi;
- Texniki sənədlərə (çertyojlar, layihələr, spesifikasiyalar) əsaslanaraq işlərin düzgün icrasının izlənilməsi;
- Sahə üzrə işçi heyətinə texniki təlimatların verilməsi və koordinasiyasının edilməsi;
- Tikinti materiallarının düzgün istifadəsinə və işin keyfiyyətinə nəzarət edilməsi;
- Topoqrafik ölçmə işlərində iştirak və yerində ölçülərin yoxlanılması;
- Layihə meneceri və digər əlaqəli komandalarla davamlı əlaqə saxlamaq və hesabatların təqdim edilməsi;
- Podratçıların hazırladığı İPC lərin inşaat hissəsinin yoxlanması;
- Sahədə baş verən problemləri vaxtında müəyyən edib operativ həll yollarının təklif edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- AutoCAD, MS Office (xüsusilə Excel və Word) proqramları üzrə biliklər;
- Tikinti prosesləri, mərhələləri və texnoloji ardıcıllıq barədə biliklərə sahib olmaq;.
- Tikinti materialları və onların tətbiq sahələri üzrə məlumatlılıq;
- Texniki çertyoj və layihə sənədlərinin oxunması və şərh edilməsi bacarığı;
- Sahədə baş verən problemlərin operativ şəkildə həll olunması və qərarvermə bacarığı;
- Elektrik sınaqları: izolyasiya müqaviməti, dövrə davamlılığı, torpaqlama
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: İnşaat mühəndisliyi üzrə ali təhsil.
- İş təcrübəsi: Minimum 6 il inşaat layihələrində təcrübə.(Tikinti sahəsində iri həcmli layihələrdə iştirak təcrübəsi olanlara üstünlük verilir)
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Avrora Sənaye Parkı (Hökməli)
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə mühəndisi” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.