Əsas vəzifə öhdəlikləri:
- Layihə üzrə bütün texniki sənədlərin, planların, məktubların, icazələrin və aktların qəbul olunması, qeydiyyatı, paylaşımı və arxivlənməsi;
- Gələn və gedən sənədlərin sistemli qeydiyyatını və izlənməsini təmin edilməsi;
- Çertyoj və sənəd versiyalarının nəzarətdə saxlanılması, düzgün fayl və tarixlərlə qeyd olunması;
- Podratçılardan daxil olan sənədlərin düzgünlüyünü yoxlanılması və aidiyyəti üzrə yönləndirilməsi;
- Sənədlərin təsdiq mərhələlərinin izlənilməsi və gecikmə hallarında əlaqədar tərəflərin məlumatlandırılması;
- Arxiv və server strukturlarını standartlara uyğun şəkildə təşkil və idarə edilməsi;
- Layihə komandası və rəhbərlik üçün gündəlik, həftəlik və aylıq sənəd hesabatlarının hazırlanması;
- Məxfi və vacib sənədlərin qorunmasını və düzgün şəkildə yayılmasının təmin edilməsi;
- Təsdiqlənmiş və istifadə olunacaq son versiyaların “For Construction” statusu ilə sahəyə paylaşımının təmin edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- MS Office, Adobe Acrobat, Aconex, Autocad(basic baxış səviyyəsində) proqramları üzrə biliklər;
- Texniki sənədlərlə (çertyojlar, texniki şərtlər, submittallar, RFI-lar, metodologiyalar) iş qaydasına bələdlik;
- Versiya və reviziya nəzarət sistemi (Rev0, Rev1, Rev2 və s.) üzrə anlayışlara malik olmaq;
- İngilis dilində sənədlərlə işləmək və adlandırma sistemini anlamaq bacarığı;
- Təşkilatlı, detallara diqqətli və nizam-intizamlı iş prinsipinə sahib olmaq.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: Minimum 2 il təcrübə (Tikinti layihələrində DC kimi)
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Avrora Sənaye Parkı (Hökməli)
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sənəd Nəzarətçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.