Əsas vəzifə öhdəlikləri:
- Satınalma tələblərini qəbul edir və təmin edir;
- Tələb olunan mallar üzrə sifarişləri hazırlayır;
- Bazarı təhlil edir, tələb olunan avadanlıq və materialları bazarda araşdırır;
- Şirkəti mal-material və avadanlıqlarla təmin edir;
- Tədarükçülərlə işgüzar yazışma və danışıqları aparır;
- Tədarükçülərlə münasibətləri idarə edir;
- Qiymət araşdırılması, tenderlər və kotirovka sorğularını həyata keçirir;
- Müqavilələri hazırlayır və nəzarətdə saxlayır, müqavilədə kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət edir;
- ERP sistemi üzərindən müvafiq sənədlərin hazırlanmasını həyat keçirir;
- Struktur daxili müfaviq hesabatları hazırlayır.
Tələb olunan bilik və bacarıqlar:
- Təchizat idarəçiliyi ilə bağlı biliklər;
- Tədarük proqramları və alətləri (məsələn, ERP sistemləri, e-sourcing platformaları) ilə işləmək bacarığı;
- MS Office proqramları (Word, Excel və s.) üzrə biliklər;
- Dil bilikləri: Yüksək səviyyədə rus və ya ingilis dili bilikləri;
- Komanda ilə işləmə bacarığı;
- Diqqətcil və məsuliyyətli olmaq.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Biznes idarəçiliyi, tədarük zənciri idarəçiliyi, maliyyə və ya əlaqəli sahələrdə bakalavr təhsili, magistr dərəcəsi üstünlükdür;
- İş Təcrübəsi: Tədarük, satınalma və ya tədarük zənciri sahələrində min. 2 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Aşıq Molla Cümə 46 C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xarici Satınalma üzrə Baş Mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.