Qrafik dizayner

  • Истекает 7 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Çap və promo məhsulların hazırlanması üzrə komandamıza yaradıcı və məsuliyyətli Qrafik Dizayner axtarırıq.

Vəzifə öhdəlikləri

  • Müxtəlif çap və promo məhsulları üçün dizaynların hazırlanması
  • Müştəri sifarişlərinə uyğun dizaynların hazırlanması və redaktəsi
  • Dizaynların çapa hazırlanması
  • Sosial media və reklam üçün vizual materialların hazırlanması
  • Mövcud dizaynların müştəri tələblərinə uyğun dəyişdirilməsi
  • Dizaynların texniki çap tələblərinə uyğun hazırlanmasına nəzarət
  • Satış və istehsal komandası ilə koordinasiyalı işləmək
  • Bir neçə sifarişin eyni vaxtda düzgün planlaşdırılması və icrası

Namizədə tələblər

  • Bəy və xanım namizədlər
  • 18–30 yaş aralığı
  • Qrafik dizayn sahəsində praktiki təcrübə
  • CorelDRAW, Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmə bacarığı
  • Çap və promo məhsullarının hazırlanma prosesini bilmək
  • Ölçü, rezolyusiya, rəng rejimi və faylların çapa hazırlanması barədə anlayış
  • Kompozisiya, rəng və tipoqrafiya üzrə yaxşı zövq
  • Kreativ düşüncə və detallara diqqət
  • Müştəri istəyini düzgün anlayaraq dizayna tətbiq etmək bacarığı
  • Operativ və məsuliyyətli olmaq
  • Komandada işləmək bacarığı
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək

Çap və promo məhsulları sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.

İş şərtləri

  • İş günləri: Həftə içi 6 gün
  • İş saatları: Bazar ertəsi–Cümə: 09:00–18:00, Şənbə: 10:00–16:00
  • Əmək haqqı: 600 AZN
  • İş sahəsi: Çap və promo məhsullar
  • Dinamik və inkişaf yönümlü iş mühiti

Maraqlanan şəxslərdən xahiş olunur ki, CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə “Qrafik dizayner” başlığı ilə təqdim etsinlər.

  • Daily136
  • Weekly136
  • Monthly617