Kimyaçı laborant (Alkoqolsuz içkilərin istehsalı)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kimyaçı laborant (Alkoqolsuz içkilərin istehsalı)

  • Истекает 17 декабрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ayan MMC şirkəti “Kimyaçı laborant (Alkoqolsuz içkilərin istehsalı)” üzrə CV-lərin qəbulunu elan edir.

Vəzifə öhdəlikləri:

  • Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirməli;
  • Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etməli;
  • Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq; 
  • İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya mütəxəssisinə məlumat vermək;
  • Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
  • Test proseduruna uyğun olaraq laboratoriya ləvazimatlarının, qablarının hazırlanması (yuyulması və s.);
  • Rəhbərliyin tapşırığı və nəzarəti altında sənədlərin hazırlanması;
  • Zay məhsul istehsalının səbəblərini tədqiq edir və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanmasında iştirak edir.

Namizədə dair tələblər:

  • Kimya, biologiya, (mikrobioloq) sahəsində ali təhsil mütləqdir; 
  • Kimyaçı - laborant və ya laborant mikrobioloq olaraq iş təcrübəsi mütləqdir;
  • Xanım namizədlər arzuolunandır;
  • Qida istehsalı sahəsində (alkoqolsuz içkilərin istehsalı) peşəkar laborant kimi təcrübəyə və bacarığa malik olmalı;
  • İş təcrübəsi minimum 5 il;
  • Yaş həddi 25-45.
  • Ona həvalə edilən qurğu və cihazların quruluşunu və işləmə qaydalarını bilməli;
  • Analizin Beynəxalq standartlara və metodlara uyğun olaraq aparılmasını təmin etməli.
  • Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.

Əlavə məlumatlar:

  • Əmək haqqı: 700 AZN
  • İş qrafiki: 6 gün, 08:00 – 18:00
  • Nahar şirkət tərəfindən verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “Kimyaçı laborant” qeyd olunmaqla, göndərə bilərlər.

Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlaqə nömrələri: +994512707504

  • Daily0
  • Weekly258
  • Monthly1297