Sürücü

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sürücü

  • Deadline 10 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şöbənin təqdim etdiyi sifarişlərə əsasən malın satış nöqtələrinə çatdırılması
  • Avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək
  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək
  • Daşınma üçün nəzərdə tutulan nəqliyyatın sanitariya və texniki vəziyyətini nəzarət etmək
  • Avtomobilin düzgün idarə olunmasını daşınılan malın təhlükəsizliyini maksimum dərəcədə təmin etmək.

Namizədə dair tələblər:

  • Sahə üzrə 3-5 il iş təcrübəsi
  • Yaş həddi: 25-45
  • “BC” kateqoriyalı sürücülük vəsiqəsi
  • Otoyol yük maşınını idarə etmək qabiliyyəti
  • Sumqayıt, Abşeron ərazisini yaxşı tanımalı
  • Yol hərəkəti qaydalarını yaxşı bilməli və riayət etməli

Əlavə məlumatlar:

  • 5 günlük iş rejimi
  • Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.

Uyğun olan şəxslərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunmuş elektron poçt ünvanına mövzu adı yerində “Sürücü” yazılmaqla və ya aktiv nomrənin whatsappına (ad soyad, yaş, vakansiyanın adı, təcrübə, yaşayış yeri) məlumatlarını yazıb göndərmələri xahiş olunur. CV göndərilmədiyi təqdirdə müraciətlərə baxılmayacaq.

Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlaqə nömrələri: +994512707504

  • Daily126
  • Weekly246
  • Monthly933