A AYTA LTD MMC
  • 428

Stok menecer (Sumqayıt)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Stok menecer (Sumqayıt)

  • Истекает 20 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə 3 ildən yuxarı iş təcrübəsi
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı
  • LOGO TİGER proqramında işləmək bacarığı
  • İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı

İş yeri: Sumqayıt şəhəri

İş haqqında məlumat:

  • Stokun gündəlik yoxlanılması və ümumi stoka nəzarətin həyata keçirilməsi;
  • Anbardan malların daxilolması və çıxışına nəzarət edilməsi;
  • Mal sayım proseslərinə nəzarət və sayım nəticələrinin analiz edilməsi;
  • Mal stokunun dövriyyəsinə və malların mövcudluğuna nəzarət etmək;
  • İdxal əməliyyatlarının izlənməsi və tənzimlənməsi;
  • Mağaza stoklarına və satış nəticələrinə əsasən tədarükçülərə sifarişlərin hazırlanması;
  • Mağazalarımıza daxil olan malların qəbulu, transferi və uçotunu təşkil etmək;
  • Anbarda malların səliqəli və növlərinə görə yığılmasına nəzarət etmək;
  • Anbarın təmiz, nizamlı və təhlükəsiz şəraitdə saxlanmasına cavabdeh olmaq;
  • Mədaxil-məxaric proseslərinin düzgün icra edilməsi və sənədləşdirilməsi;
  • Müvafiq hesabatların vaxtında hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Gün ərzində və iş gününün sonunda stok təftişi aparmaq və məlumatları rəhbərliyə bildirmək;
  • Ticari mal ehtiyacının optimal səviyyədə saxlamaq;
  • Tədarükçülərin şirkətin çatdırılma zamanı təyin olunmuş qaydalarına əməl etmələrini təmin etmək;
  • Tədarükçülərin məhsullarının təyinat nöqtəsinə cadvələ əsasən çatdırılıb-çatdırılmadığına nəzarət etmək və yaranan probləmlərin həlli yolunu tapmaq;
  • Firmaların rutuna əsasən mal bölgüsünü müəyyən olunmuş vaxta qədər bitirmək;
  • Tədarükçüyə verilmiş sifariş ilə mağazanın qəbul etdiyi malları üzləşdirmək, yaranan fərqləri izləmək və araşdırmaq;
  • Anbara gündəlik mal giriş-çıxışlarını izləmək;
  • Firmaların məhsullarının iadəsini nəzarətdə saxlamaq;

Təminatlar:

  • Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir. 

Qeyd: Vakansiyaya uyğun namizədlər CV-lərin “Stok menecer (Sumqayıt)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. Xahiş edirik elanı diqqətlə oxuyun.

  • Daily99
  • Weekly657
  • Monthly1737