Vəzifə öhdəlikləri:
- Satınalma əməliyyatlarının təşkil edilməsi;
- Xarici bazarda araşdırmalarının edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, razılaşdırılması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
- Vendorlarla ödəniş hesabatların hazırlanması və analiz olunması.
- Lazım olduğu təqdirdə ezamiyyətlərə gedə bilmək;
- Rəhbərliyin verdiyi digər tapşırıqların həll edilməsi;
Tələblər:
- Ali təhsil;
- Göstərilən vəzifə üzrə iş təcrübəsi;
- Satınalma əməliyyatları barəsində məlumatlı olmaq;
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
- Səlis Azərbaycan, Rus və İngilis dili bilikləri;
- Yaxşı səviyədə MS Office bilikləri;
- Xarici bazarda satınalma araşdırmalarının aparılması üzrə biliklər;
- Xanım namizədlərə üstünlük veriləcək
İş şəraiti:
- İş qrafiki – Bazar ertəsi-Cümə 09:00-18:00
- İş yeri – Xətai 34, Luxen Plaza;
- Əmək haqqı namizədin təcrübəsinə uyğun olaraq təyin ediləcəkdir.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrinə “Satınalma və logistika üzrə mütəxəssis” adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.