İş barədə məlumat:
- Anbar sifarişlərinə əsasən malların vaxtında və təhlükəsiz şəkildə satış nöqtələrinə çatdırılmasını təmin etmək;
- Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları aradan qaldırılmasına dəstək olmaq;
- Məhsulların ərazi üzrə müvafiq ünvanlara təhlükəsiz, səliqəli və vaxtında çatdırılması;
- Şirkət tərəfindən təhkim olunmuş avtomobilin təmiz və səliqəli saxlanılmasına nəzarət etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə riayət etmək;
- Xidməti tapşırığı yerinə yetirmək üçün rayonlara ezama getmək;
- Malın daşıma zamanı qorunmasını təmin etmək;
- Malın düzgün yüklənməsinə və boşaldılmasına nəzarəti həyata keçirmək;
- Müvafiq ünvanla malların müəyyən edilmiş vaxtlarda çatdırmaq;
- Təqdim edilmiş nəqliyyat vasitəsini qorumaq və istismara yararlı vəziyyətdə saxlamaq;
- Rəhbərliyin göstərişi ilə müəssisə daxilində yükdaşıma ilə əlaqədar digər işləri yerinə yetirmək;
Tələblər:
- Orta təhsil
- Müvafiq sahədə iş təcrübəsi - 2 il
- B kateqoriyalı sürücülük vəsiqəsi
- İntizamlı və məsuliyyətli olmalı
- Yaş həddi - 30 və yuxarı
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə:
- Əmək haqqı: 1070 AZN GROSS;
- 5 günlük iş qrafiki;
- İş saatı 09:00-18:00;
- İş yeri: Bakı şəhəri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Sürücü-ekspeditor” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.