AZ Aqro Taxıl MMC AZ Aqro Taxıl MMC
  • 122

AZ Aqro Taxıl MMC

Agricultural Products , Food Products

Aqronom

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Aqronom

  • Истекает 16 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşçiyə qoyulan tələblər:

  • Aqrar sahəsi üzrə Ali təhsil;
  • Aqronom vəzifəsi üzrə ən azı 3-5 illik iş təcrübəsi;
  • MC Office proqramından istifadə bacarığı;
  • Analitik düşünmə, analiz etmə qabiliyyəti, məsuliyyətli, komanda ilə işləmə.

Vəzifə öhdəlikləri:

  • Bağ sahəsində  bitkilərin, ağacların zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil edir;
  • Şaftalı, nektarin, heyva, ərik, xurma və badam bağlarında aqrotexniki tədbirlərin planlaşdırılması və icrasına nəzarət;
  • Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlayır;
  • Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir;
  • Kimyəvi maddələrin, Pestisidlərin , mineral və üzvü gübrələrin düzgün saxlanılmasını təmin edir, onlardan istifadə qaydalarını, vaxtını müəyyənləşdirir və sahələrə verilməsini təşkil edir;
  • Əkin üçün torpağın hazırlanması işinin təşkili;
  • Tinglərin intensiv texnologiya əsasında əkinində yaxından iştirak edir;
  • Hazır məhsulun becərilməsi ilə bağlı əvvəlcədən razılaşdırılmış plan üzrə işləri təşkil edir;
  • Bağ sahəsində aparılan bioloji, kimyəvi, aqrotexniki tədbirlərə nəzarət edir;
  • Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Bağ sahəsində məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və düzgün dislokasiyası üçün bütün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
  • Ərazidə torpaq işləri görən podratçılara nəzarət, işlərinin koordinasiyası, iş bölgüləri və bütünlükdə işlərin keyfiyyətinə nəzarət;
  • Sahədə keyfiyyətsiz görülən işləri rəsmiləşdirir, səbəbini aydınlaşdırır və yenidən icrası ilə bağlı tədbirlər planı hazırlayır, rəhbərliyə hesabatları hazırlayır;
  • Dövri və tələb olunan sənədlərin, hesabatların vaxtlı-vaxtında və düzgün şəkildə təqdim olunması;
  • Aqrotexniki tədbirlərin təkmilləşdirilməsi və səmərəliləşdirilməsi ilə bağlı tövsiyələr verir.

İş şərtləri: 

  • İş yeri: Ağcabədi rayonu
  • Əmək haqqı razılaşma əsasında

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Aqronom” qeyd etməklə göndərməyiniz xahiş edilir. 

  • Daily0
  • Weekly644
  • Monthly1431