Geodeziya - Alət Operatoru
Vəzifə Öhdəlikləri:
- Sahə işləri zamanı topoqrafik cihazlar və ölçü avadanlıqları ilə dəqiq ölçmə işlərinin aparılması;
- Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi;
- Geodeziya və topoqrafiya işlərinin icrasında əldə olunan məlumatların emalı və hesabatların hazırlanması;
- Müvafiq norma və standartlara uyğun sahə ölçmələrinin sənədləşdirilməsi;
- Ölçmə cihazlarının sazlığını və düzgün işləməsini təmin etmək üçün texniki qulluq işlərinin görülməsi;
- Sahə işlərində istifadə olunacaq cihaz və avadanlıqların düzgün seçilməsi və idarə olunması.
Namizəddən Tələblər:
- Analoji sahədə minimum 1 il iş təcrübəsi (geodeziya ölçmələri və cihazlarla işləmə üzrə);
- Geodeziya cihazları (total station-elektron taxeometr, nivelir) ilə işləmə bacarığı;
- Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma;
- Səyyar və açıq sahədə işləməyə fiziki hazırlıq və texniki düşüncə.
- AutoCAD, MS Office (xüsusilə Excel), GIS proqramları üzrə biliklərə sahib olması üstünlükdü;
İş haqqında məlumat:
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq (bilik və təcrübəyə uyğun);
- İş yeri: Bakı şəhəri, (Hövsan qəsəbəsi)
- İş qrafiki: Həftə içi 6 gün (şənbə yarım iş günü);
- Əlavə üstünlüklər: Təlim və inkişaf imkanları, peşəkar mühəndis komandası ilə əməkdaşlıq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Alət operatoru” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə telefonu: 055 216 20 65