Az-Caspian CONSTRUCTION Az-Caspian CONSTRUCTION

Az-Caspian CONSTRUCTION

Construction

MEP / Elektrik Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

MEP / Elektrik Mühəndisi

  • Deadline 24 November 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanika, elektrik, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək,
  • Layihələndirilən cizgilərin elektrik sistemləri bölmələrini estetik, texniki tələblərə və  ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • MEP üzrə layihələrin analiz olunması, memarlıq, konstruksiya, elektrik və digər bölmələrlə uzlaşmasını nəzarətdə saxlamaq
  • MEP sistemlərinin sınaqların təşkil, prosedurlarının hazırlanması, sənədləşmənin aparılması
  • Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atmaq;
  • Layihələndirmə müddətlərinin elektrik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin  layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
  • Layihənin müvafiq olaraq elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək; 
  • Layihəçi şirkətlər tərəfindən tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini  və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
  • Layihələrin elektrik hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
  • Elektrik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;

Tələblər:

  • Elektrik mühəndisliyi üzrə Ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il;
  • MS Office (Word, Excel), AutoCad  proqramlarını yüksək səviyyədə bilməlidir,Aconex proqramını bilməsi arzuolunandır
  • Müddətdən asılı olmayaraq ezamiyyətə açıq olmaq;
  • Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı; 
  • Komanda qurma, komandanın idarə edilməsi və yeni proseslərin tətbiq edilməsi bacarığı;
  • Mütləq şəkildə, tikinti, təmir və MEP işləri üzrə bilikləri olmalı, layihələrin hər birini incələməyi və yerində doğru icra etdirildiyinə nəzarət etməyi bacarmalıdır.

Əlavə məlumatlar:

  • İş rejimi: 6 gün.
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Elektrik Mühəndisi” yazaraq qeyd edilmiş e-mail ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə telefonu: 050 711 55 66

  • Daily81
  • Weekly674
  • Monthly1696