az-cosmetics.az az-cosmetics.az
  • 862

Satış meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış meneceri

  • Deadline 1 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin kosmetoloji cihazlarının təqdimatı və satışı
  • Klinikalar, estetik mərkəzlər və gözəllik salonları ilə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi
  • Potensial müştərilərlə əlaqə yaradılması, ehtiyacın müəyyən olunması və uyğun cihazın təklif edilməsi
  • Cihazların funksiyalarının və texniki üstünlüklərinin peşəkar şəkildə izah olunması
  • Günlük və aylıq satış planlarının hazırlanması və rəhbərliklə razılaşdırılması
  • Satışdan sonrakı müştəri əlaqələrinin saxlanılması və yenidən satış imkanlarının yaradılması
  • Bazar və rəqib analizlərinin aparılması, yeni satış imkanlarının müəyyən edilməsi
  • Şirkət brendinin yüksək səviyyədə təmsil olunması

Tələblər:

  • Satış sahəsində minimum 1 il təcrübə (kosmetoloji avadanlıqlar üzrə təcrübə üstünlükdür)
  • Güclü ünsiyyət, inandırma və təqdimat bacarığı
  • Ofisdən kənar görüşlərə çıxmaq, salon və klinikalara gedərək cihazları yerində təqdim etmək və satışa çevirmək bacarığı
  • Müştəri ehtiyacını müəyyən edib uyğun məhsulu təklif etmək bacarığı
  • Punktual, məsuliyyətli və hədəf yönümlü olmaq
  • Komanda ilə işləmə bacarığı
  • Şəhərdaxili və region səfərlərinə uyğunluq
  • Sosial şəbəkədə aktiv olmaq, şəxsi iş səhifəsi vasitəsilə müştəri cəlb etmək və reklam  büdcəsi ilə cihaz təqdimatlarını həyata keçirmək
  • Səliqəli danışıq və dəqiq izah qabiliyyəti

Texniki bacarıqlar:

  • WhatsApp Business, e-poçt və sosial şəbəkələr vasitəsilə peşəkar yazışma bacarığı
  • Cihazların texniki xüsusiyyətlərini öyrənmək və müştəriyə izah etmək bacarığı

İş şəraiti:

  • 6 günlük iş rejimi
  • İstirahət günü: Bazar
  • İş saatları: 09:00 – 18:00
  • Əmək haqqı: 800 AZN
  • Satışdan faiz və bonus (satılan hər cihazdan əlavə qazanc)

Maraqlanan namizədlər öz CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly243
  • Monthly243