Satış və Marketinq Meneceri

  • Истекает 13 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

 

İş yeri: Gəncə şəhəri

Azcosmetics MMC komandası Gəncə filialı üçün aktiv, ünsiyyətcil və nəticəyönümlü Satış və Marketinq Meneceri axtarır.

Vəzifə öhdəlikləri

  • Estetik mərkəzlər, gözəllik salonları və klinikalarla əməkdaşlıq qurmaq;
  • Kosmetoloji və lazer epilyasiya cihazlarının təqdimatı və satışını həyata keçirmək;
  • Yeni potensial müştərilərin axtarışı və müştəri bazasının daim genişləndirilməsi;
  • Müştərilərlə görüşlər keçirmək və məhsul təqdimatları təşkil etmək;
  • Filiala müraciət edən müştəriləri peşəkar və gülərüz şəkildə qarşılamaq, məhsullar haqqında ətraflı məlumat vermək;
  • Sosial şəbəkələrdə aktiv olmaq, foto və video məzmunların hazırlanmasında iştirak etmək;
  • Kamera qarşısında məhsul təqdimatları və reklam çəkilişlərində iştirak etmək;
  • Rəqibləri və bazarı mütəmadi analiz etmək, satış imkanlarını araşdırmaq;
  • Satış planlarının yerinə yetirilməsi və filialın satış göstəricilərinin artırılması.

Namizədə tələblər

  • Satış sahəsində təcrübə
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Aktiv, təşəbbüskar və məsuliyyətli olmaq;
  • Kamera qarşısında rahat çıxış etmək və təqdimat bacarığı;
  • Sosial şəbəkələrdən(instagram,tiktok) aktiv istifadə etmək;
  • Danışıqlar aparmaq və müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq bacarığı;
  • Kompüter və ofis proqramlarından istifadə bacarığı;

Biz təklif edirik

  • Sabit əməkhaqqı 500 AZN + yüksək satış bonusları;
  • Satış və məhsullar üzrə təlimlər;

Əgər satış etməyi sevir, insanlarla ünsiyyətdən zövq alır və nəticə qazanmağa motivasiyalısınızsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily23
  • Weekly165
  • Monthly1229