Vəzifə öhdəlikləri:
- Şirkətin sosial media platformalarında brendin tanıtımını, məhsul və xidmətlərin təqdimatını təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək.
- Sosial media kanallarının (Instagram,TikTok, YouTube, LinkedIn və s.) idarə olunması
- Həftəlik və aylıq kontent planlarının hazırlanması və rəhbərliklə razılaşdırılması
- Postlar, story, reels və reklam məzmunlarının yaradılması (mətn, vizual və video formatda)
- Auditoriya hədəflənməsi və reklam büdcəsinin səmərəli istifadəsi
- Kampaniyaların, yeniliklərin, endirim və məhsul təqdimatlarının izləyicilərə effektiv çatdırılması
- Brend imicinə uyğun, orijinal və kreativ məzmun ideyalarının hazırlanması(çəkiliş ideyalarının hazırlanması və keçirilməsi)
- Sosial media trendlərinin və rəqib fəaliyyətlərinin mütəmadi analizi
Tələblər:
- SMM sahəsində minimum 1 il təcrübə
- Kreativ düşüncə
- Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı
- Sosial media alqoritmləri və trendləri haqqında anlayış
- Kontent yaratmaq, foto və video redaktə proqramlarında (Canva, CapCut, Photoshop) işləmə bacarığı
- Meta Business Suite və reklam platformalarında təcrübə
- Komanda ilə işləmə bacarığı
- Kreativ düşüncə və vizual zövq;
Texniki bacarıqlar:
- Video montaj: CapCut / VN / InShot / Adobe Premiere
- Planlama və idarə: Meta Business Suite / Creator Studio / Facebook Ads Manager
İş şəraiti:
- 6 günlük iş rejimi;
- İstirahət günü: Bazar günü.
- İş saatları: 10:00-18:00
- Vəzifə üzrə əmək haqqı: 800AZN
Maraqlanan namizədlər öz CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.