Direktor köməkçisi / assistenti

  • Истекает 17 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əməkhaqqı 1000 AZN + (Müsahibə əsasında namizədin bilik və dil səviyyəsinə uyğun müəyyən ediləcək)

İşin Təsviri və Öhdəliklər:

  • Direktorun gündəlik iş qrafikinin (görüşlər, zənglər, qəbullar) planlaşdırılması və yüksək səviyyədə idarə edilməsi;
  • Şirkətdaxili sənəd dövriyyəsinin, hesabatların və tərcümə tələb edən rəsmi sənədlərin (müqavilələr, invoyslar, spesifikasiyalar) hazırlanması;
  • Beynəlxalq və yerli rəsmi görüşlərin, iclasların təşkili və protokollaşdırılması;
  • Hüquqi, kommersiya və gömrük/logistika sənədlərinin arxivləşdirilməsi və nəzarətdə saxlanılması.

Namizədə dair Tələblər:

  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərində mükəmməl yazı, oxu və şifahi danışıq bacarığı;
  • İş təcrübəsi: İstehsalat, ticarət və ya logistika sahəsində fəaliyyət göstərən şirketlərdə müvafiq vəzifə (Asistent, Köməkçi və ya Ofis meneceri) üzrə minimum 1-2 il iş təcrübəsi;
  • Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, Dilçilik, Beynəlxalq münasibətlər və ya müvafiq sahələr üzrə);
  • Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və analitik düşünmə bacarığı, operativlik, detallara diqqətlilik, çoxşaxəli tapşırıqları idarəetmə (multitasking) və konfidensiallığın qorunması prinsiplərinə sadiqlik.

Biz Nə Təklif Edirik?

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun tam rəsmiləşdirilmə;
  • Peşəkar korporativ mühit və dinamik istehsalat/satış komandası;
  • Karyera yüksəlişi və şəxsi inkişaf imkanları.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə +994 50 548 64 76

  • Daily1
  • Weekly576
  • Monthly1424