Sektor: Avtomobil ehtiyat hissələri satisi və filtrlərinin istehsalı
Şirkət: Yerli istehsalçı firma
İş yeri: Bakı – Biləcəri
İş rejimi: Ofisdən, tam ştat
Tələblər
- Yaş həddi: 25-45.
- Ali təhsilli olmaq üstünlükdür.
- Məsuliyyətli, punktual, məqsədyönlü olmaq; Kollektivlə ünsiyyət qurma bacarığı olmaq.
- Avtomobil ehtiyat hissələri sektoru üzrə nəzəri və praktik bilik, min. 2 il Avtomobil filterləri satışı üzrə təcrübə prioritetdir.
- Bazar araşdırması metodlarını və analizini yüksək səviyyədə bacarmaq.
- Korporativ istiqamətdə satış təcrübəsinin olması üstünlükdür.
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (Rus və İngilis dilleri üstünlükdür).
- MS OFFİCE (xüsusilə Excel) proqramından istifadə potensialı.
Vəzifə öhdəlikləri
- Ambisiyalı fəaliyyətə əsaslanan satış hədəflərinə nail olmaq və onları aşmaq;
- Əsas müştərilər, daxili və xarici subyektlərlə güclü və məhsuldar əlaqələr qurmaq;
- Artım potensialını müəyyən etmək üçün bazar tendensiyalarını və rəqabət sferasını təhlil etmək, yeni potensial müştərilər tapmaq;
- Satış əməliyyatlarını səmərəlilik və nəticə baxımından davamlı olaraq qiymətləndirmək və təkmilləşdirmək
- Fərdi və kollektiv uğura nail olmaq üçün satış komandası daxilində davamlı öyrənmə, əməkdaşlıq, innovasiya mədəniyyətini, eləcə də nəticəyə yönəlmiş mühiti inkişaf etdirmək;
Təklif edirik
- Yerli istehsalçı firmada stabil iş mühiti, Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı,
- Dinamik və işgüzar komanda
- Yüksək performansa əsaslanan bonus sistemi ilə artan qazanc
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.