Az - Granata LLC Az - Granata LLC
  • 706

Az - Granata LLC

Beverages , Soft Drinks

Nəzarət ölçü cihazları üzrə Mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Nəzarət ölçü cihazları üzrə Mühəndis

  • Истекает 30 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifəyə aid öhdəliklər:

  • Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə salınmasını təmin etmək və ya bu kimi işlərə nəzarət etmək;
  • İstehsalatda avtomatika və elektronika ilə bağlı problemləri həll etmək;
  • Prosses xətalarını analiz etmək və həmin zaman ərzində prossesə müşahidə etmək;
  • İstehsal sahəsində quraşdırılmış nəzarət və ölçü cihazları ilə müstəqil işləməyi bacarmaq;
  • Sistemdə baş verən xətaların və qəza mesajlarının təhlil etmək və həlli yönündə qərar vermək;
  • Elektron dövriyyələrdəki aktiv və passiv elektron elementlərini əzbər bilmək və platalarda baş verən nasazlıqları diaqnostika etməyi bacarmaq; 
  • Kritik səviyyə istisna olmaqla, bəsit və orta səviyyəli proqram təminatına müdaxilə etmək;
  • İstehsalatın davamiyyətini təmin etmək və alternativ variantları təklif etməyi bacarmaq;
  • Nəzarət-ölçü cihaz və avtomatika vasitələrinə texniki baxışların keçirilməsi, qurulması, tənzimlənməsi, sazlanması və işə salınmasının həyata keçirtmək;
  • Sadə sxem və blokların zədələnmə, kirlənmə, yad elementlərinin daxil olmasına vizual baxışlar keçirtmək və təmizlənmək, hissələrin (detalların) lehimləmə işlərinin aparmaq;
  • Texniki baxış planına uyğun olaraq avtomatika cihazlarının texniki baxışının zamanında həyata keçirtmək;
  • Texniki baxış və təmir üzrə aparılmış işlərin qeyd etmək və protokolları yazmaq;
  • İşlədiyi struktur bölmələrdə bütün nəzarət-ölçü cihazları və avtomatika vasitələrinin təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
  • Avtomatika, telemexanika, NÖC və onların təmir istismar ehtiyaclarına olan tələbat haqqında sifarişlərə baxmaq, qaydaya salmaq, onların göndərilməsini həyata keçirtmək;
  • Avtomatika vasitələrinin, avtomatlaşdırılmış avadanlıqlar, nəzarət-ölçü cihazlarının və vasitələrinin qeyri-dəqiq işləməsi səbəbindən müəssisə və təşkilatlarda baş verən qəza, bədbəxt və digər xüsusi ağır nəticələrə gətirib çıxara bilən hadisələrin tədqiq olunub, qarşısının alınması tədbirlərinin işlənilib hazırlanmasını təmin etmək.

Namizədə tələblər:

  • Ali bakalavr (texniki sahə üzrə);
  • Tələb olunan sahədə 1-2 il iş təcrübəsi (İstehsal sahəsi üzrə təcrübə üstünlükdür);
  • Diqonistika cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • İstehsal sahəsində çalışma imkanının olması; 
  • Komanda şəklində işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri – Ağsu şəhəri;
  • 5 günlük iş qrafiki; 
  • Qalmaq yeri təmin olunur;
  • Əmək haqqı 1400 – 1500 Azn.

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerində "NÖC üzrə mühəndis" yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.

  • Daily24
  • Weekly620
  • Monthly1168