Az - Granata LLC Az - Granata LLC
  • 563

Az - Granata LLC

Напитки , Soft Drinks

Satıcı

  • Истекает 24 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“AZGRANATA” MMC Nərimanov rayonunda yerləşən öz firma mağazasına satıcı vəzifəsinə işçi axtarışını elan edir. 2011-ci ildə fəaliyyətə başlayan “AZGRANATA” MMC Cənubi Qafqazın ən böyük alkoqollu və alkoqolsuz içkilər istehsalçılarından biridir. Dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz olunmuş zavod konservanstız təbii meyvə şirələri, konsentratları, kompotları, limonadları ilə yanaşı şərab və araq məhsulları istehsal edir.

Vəzifəyə aid öhdəliklər:

  • Firma mağazasını təyin olunmuş vaxtda açmaq, avadanlıqları (kassa aparatı, kompüter, kondisioner və s.) işə salmaq;
  • Vitrinlər və soyuducularda yaranan boşluqları doldurmaq və səliqə-səhman işləri aparmaq;
  • Müştərilərlə nəzakətli davranış qaydalarına riayət etmək, onları məhsullar haqqında ətraflı məlumatlandırmaq, satışı həyata keçirmək;
  • Satılan məhsulları kassa aparatına vurmaq və gün sonu hesabatı çıxarıb, mağaza müdirinə təqdim etmək;
  • Mal qəbulu zamanı gələn fakturaları kompüterə daxil edib, dəyişiklikləri izləmək;
  • İş vaxtının sonu mağazanı qaydasında təhvil vermək;
  • Yarana biləcək sorğuları mağaza müdiri ilə müzakirə etmək, mağaza müdiri tərəfindən ona verilmiş qanuni göstəriş və təlimatlara riayət etmək;
  • Satışa aid digər vəzifə öhdəliklərini yerinə yetirmək.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ən azı 6 ay iş təcrübəsi;
  • Yaş aralığı: 23-35;
  • Səlis danışıq qabiliyyəti;
  • Kommunikasiya qurma bacarığı;
  • Rus dili biliyi;
  • MS Word proqramında işləmək bacarığı; 
  • Məsuliyyətlilik və komandada işləmək bacarığı.

İş şəraiti:

  • Həftə içi 6 günlük iş qrafiki;
  • İş qrafiki – 09:00 – 16:00; 
  • Əmək haqqı – 500 – 600 Azn aralığındadır;
  • Əmək haqqıdan əlavə satılan məhsullardan bonus qazamaq imkanı var.

Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerində "SATICI" yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.

  • Daily113
  • Weekly371
  • Monthly2261