Az - Granata LLC Az - Granata LLC
  • 315

Az - Granata LLC

Beverages , Soft Drinks

Şərab Turizmi üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şərab Turizmi üzrə mütəxəssis

  • Deadline 15 November 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

AZGRANATA MMC öz şərab zavoduna ziyarət edən yerli və xarici turistlər üçün peşəkar, qonaqpərvər və kommunikativ şərab turizmi üzrə mütəxəssis axtarır. Bu vəzifənin əsas məqsədi şirkətin istehsal etdiyi məhsulları və şərab mədəniyyətini ziyarətçilərə tanıtmaq, dequstasiya və tur proqramlarını təşkil etməkdir.

Vəzifə öhdəlikləri

  • Şərab zavoduna və üzüm bağlarına gələn yerli və xarici qonaqları qarşılayaraq onlara müəssisə, istehsal prosesi və məhsullar haqqında ətraflı məlumat vermək;
  • Tur proqramlarını əvvəlcədən planlaşdırmaq, marşrutu və məzmunu koordinasiya etmək;
  • Şərab dequstasiyalarını təşkil və idarə etmək, hər məhsul haqqında təqdimat aparmaq;
  • Qonaqlara şərab növləri, istehsal texnologiyası və düzgün dequstasiya qaydaları barədə məlumat vermək;
  • Şirkətin məhsullarının satışını və tanıtımını həyata keçirmək, satış sonrası qonaq məmnuniyyətini izləmək;
  • Ziyarətçi qruplarına xüsusi tur paketləri və tədbirlər (şərab festivalları, tədbir və təqdimatlar) təklif etmək;
  • Turizm və satış fəaliyyətləri ilə bağlı gündəlik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Turizm zonasında təmizlik, təhlükəsizlik və qonaqpərvərlik standartlarına riayət olunmasını təmin etmək;
  • Sosial media və tanıtım məqsədli kontent hazırlanmasına (foto, video, qısa təqdimatlar) dəstək göstərmək;
  • Tur bələdçisi kimi şirkətin imicini və brend dəyərlərini yüksək səviyyədə təmsil etmək;
  • Ziyarətçi rəylərinin toplanması, təhlilin aparılması və xidmətin keyfiyyətinin artırılması üçün təkliflər vermək.

Tələblər:

  • Turizm, marketinq və ya əlaqədar sahə üzrə ali təhsil arzuolunandır;
  • Xarici dillərdə danışıq bacarığı (rus və ingilis dili);
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
  • Şərab mədəniyyəti və dequstasiya qaydaları haqqında ilkin biliklər arzuolunandır;
  • Tur bələdçisi və ya satış/tanıtım sahəsində təcrübə;
  • Gülərüz, məsuliyyətli və komandada işləmə bacarığı. 

Digər məlumatlar:

  • İş yeri: Ağsu rayonu, AZGRANATA MMC-nin istehsalat müəssisəsi;
  • Rəqabətədavamlı əmək haqqı və bonus sistemi.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerində "Şərab turizmi üzrə mütəxəssis" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Əks halda müraciətiniz nəzərdən qaça bilər.

  • Daily0
  • Weekly118
  • Monthly1697