Tələblər:
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Elektron Qaimə Faktura, Hesab Fakturalarının işlənməsi
- Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
- Mənfəət zərər hesabatının verilməsi
- Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
- Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qayda və muddətlərini bilməli;
- Yoxlama və sənədli təftişin aparılması qaydasını bilməli;
- Mühasibat uçotunun təşkilinin təkmilləşdirilməsi üzrə təcrübəni bilməli;
- Komanda ilə işləmək bacarığı
Namizədə tələblər:
- Müvafiq sahədə 5 - il iş təcrübəsi;
- Yaş həddi: 23 -55
- Dil bilikləri: Azərbaycan-dili / (rus-dili,ingilis-dili arzu olunandır.)
- 1C, BTP proqramında işləmək
- Riyazi və məntiqi bacarıqlar;
- İqtisadiyyat sahəsində ali təhsil;
- Mühasibat uçotu və vergi uçotu ilə bağlı nəzəri və praktiki bilic;
- Yaxşı səviyyədə MS Office (əsasən Excel) bilikləri;
- Vergi Məcəlləsini bilməli
- Mühasibatlığla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- Ünsiyyət qura bilmə bacarığı
- İş prinsipi: Vergi orqanlarına və DSMF-yə hesabatların hazırlanması, əmək haqqlarının hesablanması və işlənməsi, gəlir və xərc hesabatlığın hazırlanması və s.
- Tikinti sahəsində mühasibatlıq təcrübəsi olması vacibdir.
İş qrafiki:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı namizəddən asılı olaraq müsahibə əsasında təyin olunacaq.
Tələblərə uyğun şəxslər CV formalarını Müraciət Et butonunda qeyd olunan mail ünvanına mövzu hissəsinə ”BAŞ MÜHASİB” yazaraq göndərə bilərlər.