Şirkətimiz Korporativ Xidmətlər üzrə Satış Meneceri vəzifəsinə təcrübəli və nəticəyönümlü əməkdaş axtarır.
Namizədə dair tələblər:
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi;
- Korporativ satış və müştəri əlaqələrinin idarə olunması üzrə təcrübə;
- Geniş müştəri portfelinin və işgüzar əlaqələrin olması;
- Yeni korporativ müştərilərin cəlb edilməsi bacarığı;
- Güclü ünsiyyət və təqdimat qabiliyyəti;
- Sürücülük vəsiqəsinin olması mütləqdir;
- Kişi namizədlərə üstünlük verilir.
Əsas vəzifələr:
- Yeni korporativ müştərilərin axtarışı və cəlb edilməsi;
- Mövcud müştəri portfelinin genişləndirilməsi və idarə olunması;
- Korporativ xidmətlərin təqdimatı və satışının həyata keçirilməsi;
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması;
- Satış hədəflərinin yerinə yetirilməsi.
Əlavə üstünlük: Geniş və aktiv korporativ müştəri portfelinə malik olan namizədlərə xüsusi üstünlük veriləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.