Vəzifə öhdəlikləri
- Təchizatçılarla əlaqələrin qurulması və zəruri ilkin sənədlərin (elektron- qaimə, akt, qaimə-faktura) tələb edilməsi;
- Daxil olan aktların, hesab-fakturaların qəbulu, yoxlanılması və saxlanması. Təchizatçılarla uyğunsuzluqların aradan qaldırılması;
- Kreditorlar haqqında gündəlik Excel hesabatların hazırlanması və 1C 8.3 mühasibat proqramında işlənməsi;
- Ödənişlərin icrası üçün daxili tələblərin hazırlanması;
- Təchizatçıların məlumat bazasının saxlanılması;
- Rəhbərliyin ayrı-ayrı xidməti tapşırıqlarının yerinə yetirilməsi;
- Ayın sonunda müştərilərin aylıq ödənişlərinin yoxlanılması;
- Müqavilələrdə kreditor bölməsinə aid olan maddələri araşdırır və lazımi rekvizitləri daxil edir və müqavilənin şərtlərini 1C 8.3 proqram bazasına daxil edir;
- Müvafiq proqramda yerli şirkətlərin həftəlik ödəniş planını hazırlayır;
- Kreditorlar üzrə Anbar hesabatı hazırlamaq və nəzarət etmək;
- Müvafiq maraqlı tərəflərlə AP(Kreditorlar) balansını təhlil etmək;
- Mühasibat uçotu məlumatlarında olan qeyri-dəqiqlikləri və uyğunsuzluqları nəzərdən keçirmək, araşdırmaq, aradan qaldırmaq;
- Sənədləşmədə diqqətli və məsuliyyətli olmaq;
- 1C 8.3 proqramında Logistika, Anbar, Təchizat və Mühasibatlıq modulları arasında inteqrasiya əməliyyatları üzrə kurator funksiyasını yerinə yetirmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.