İş barədə məlumat:
- Sektor: Neft-qaz, təhlükəli yüklərin/tullantıların daşınması
 - Əmək haqqı: 900 - 1100 AZN
 - Növbə: gündüz və yaxud gecə
 - İş rejimi: qanunvericiliyə uyğun olaraq
 
Vəzifə öhdəlikləri:
- Dispetçer və rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirərərk yüklərin təhlükəsiz və vaxtında daşınmasını təmin etmək
 - Yük avtomobillərinin təmizliyi, texniki vəziyyətinə gündəlik nəzarət etmək və nasazlıqları vaxtında texniki heyətə bildirmək
 - Təyin olunmuş marşrut üzrə yükləri düzgün və məsuliyyətlə çatdırmaq
 - Yol hərəkəti qaydalarına və şirkətin təhlükəsizlik standartlarına ciddi riayət etmək
 - Sənədlərin düzgün şəkildə doldurulması, qəbul və təhvili
 
Tələblər:
- Etibarlı E kateqoriyalı sürücülük vəsiqəsi
 - Yükdaşıma sahəsində minimum 3 il iş təcrübəsi
 - Yük maşınlarının idarə olunmasında təcrübə
 - Məsuliyyətli, intizamlı və etibarlı olmaq
 - Uzun məsafəli səfərlərə və regionlara ezam olunmağa hazır olmaq
 - Minimum yaş həddi – 21 yaş
 
Üstünlüklər:
- ADR sertifikatı və yaxud xüsusi sürücülüklə bağlı təlim mərkəzlərində təlim keçmiş namizədlərə üstünlük verilir
 - Sürücülükdə qəzasız və intizamlı tarixçəsi olan şəxslərə üstünlük verilir
 - Texniki biliklərin olması əlavə üstünlükdür
 - Vakuum tipli yük avtomobillərini idarə etməyi bacaran sürücülərə üstünlük verilir
 
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.