Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrinin və avadanlıqların nasazlıqlarını aşkar etmək, texniki baxış keçirmək.
- Planlı təmir və cari təmir işlərinin qrafikini hazırlamaq.
- Təmir işləri üzrə texniki sənədləri (aktlar, sifarişlər) tərtib etmək və hesabat hazırlamaq.
- Ehtiyat hissələrinə sifarişlər vermək və anbardan istifadəyə nəzarət etmək.
- Nəqliyyat vasitələrinin yürüşü, təmiri və yanacaq sərfiyyatı haqqında məlumatları sistemə daxil etmək.
Tələblər:
- Nəqliyyat sahəsində minimum 1 il iş təcrübəsi vacibdir;
- Məntiqi və analitik düşüncə;
- 1C 8.3 proqramı ilə işləmə təcrübəsi;
- MS Office proqramları biliyi (xüsusilə Excel).
Əmək şəraiti:
- Həftədə 6 iş günü
- Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir.
- İş yeri: Qaradağ rayonu, Sahil qəs.
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.